“Real“ Poqbadan imtina etdi?

saytların hazırlanması

Evə çatdırılma

“Real“ Poqbadan imtina etdi?

İdman

26 İyun 2019 12:01 1692


"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbadan imtina etmək barədə düşünür.

"Yeni Sabah" "Marca"ya istinadən məlumatına görə, "kral klubu" artıq fransalının alternativini tapıb.

26 yaşlı orta sahə oyunçusunun təxminən 150 milyon avroluq qiyməti var və "Real" bu yay transferlərə 300 milyon avrodan çox xərc çəkdiyindən, maliyyə məsələsində qənaət etməlidi. Madridlilər bu problemi "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Beklə yoluna qoymağı planlaşdırır. 22 yaşlı hollandiyalının 60-70 milyon avro dəyərində olması da ispanların ürəyincədi. Toyuqlu pizza

Qeyd edək ki, "Tottenhem"in də maraq dairəsində olan Donni van de Bekin "Ayaks"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!