“Rəqiblərdən ən güclüsü bizə düşdü” –   Aftandil Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Rəqiblərdən ən güclüsü bizə düşdü” – Aftandil Hacıyev

İdman

19 İyun 2019 09:40 809


UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, “Səbail” Rımıniya təmsilçisi “Universitatya Krayova” ilə üz-üzə gələcək. 

“Yeni Sabah” xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev klubun saytına verdiyi açıqlamada püşkü dəyərləndirib: “Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!