Rəsul Rzanın ev-muzeyi ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rəsul Rzanın ev-muzeyi ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Mədəniyyət

18 Fevral 2025 11:04 1141


Xalq yazıçısı Rəsul Rzanın Ev-muzeyinə AYB sədri Anarın laqeyd münasibət barədə şikayətinə Mədəniyyət Nazirliyi, nəhayət, rəy bildirib.

Xatırladaq ki, “Yeni Sabah” da bu mövzuya fevralın 17-də ayrıca yazı həsr edib.

Nazirliyin təqdim edilən məlumatında təmirin Xalq şairinin ailəsi tərəfindən aparıldığı təsdiqini tapsa da, bu işlərin niyə məhz nazirlik tərəfindən yox, şəxsi vəsait hesabına həyata keçirildiyi ilə bağlı dəqiq məlumat əks olunmayıb: pizza hut

“Xalq şairi Rəsul Rzanın Bakı şəhərində xatirəsinin əbədiləşdirilməsi, onun həyat və yaradıcılığı haqqında gələcək nəsillərə daha dolğun məlumat çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2022-ci il tarixli 3337 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyi yaradılıb.

Sözügedən Sərəncamın icrasının təmin olunması məqsədilə Mədəniyyət Nazirliyinin 1 avqust 2022-ci il tarixli 229-f nömrəli əmr imzalanıb.

Azərbaycanın Xalq şairi Rəsul Rzanın və həyat yoldaşı Xalq şairəsi Nigar Rəfibəylinin Bakı şəhərində yaşadığı evdə yaradılan muzeydə nümayiş olunacaq əşyaların yoxlanılması və siyahısının hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq işlər aparılmış, mənzildə mövcud olan ümumilikdə 5113 (beş min yüz on üç) əşya, o cümlədən mebellər, rəsm əsərləri, heykəllər, kitablar, şəxsi sənədlər, fotolar və əlyazmalar siyahıya alınıb.

Mədəniyyət Nazirliyinin 8 avqust 2023-cü il tarixli, 3-24/3-1-f-181/2023 nömrəli əmrinə əsasən, Rəsul Rzanın ev-muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin balansına verilib.

Muzeyin təsdiq olunan ştat cədvəlinə əsasən direktor, baş fond mühafizi, kiçik elmi işçi, bələdçi, muzey baxıcısı və xadimə olmaqla, ümumən 5.5 ştat vahidi ayrılıb. Muzeyin direktoru vəzifəsinə Rzayeva Fidan Adil qızı təyin olunub.

Hazırda muzeydə ailə tərəfindən təmir işləri aparılır. Təmir işləri bitdikdən sonra muzeyin ekspozisiyasının qurulması nəzərdə tutulur”.

Xatırladaq ki, AYB sədri Anar Xalq yazıçı Rəsul Rzanın Ev-muzeyinə laqeydlikdən şikayətlənərək, muzeyi öz deputat pensiyası hesabına təmir etdirdiyini bildirmişdi.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!