Ronaldinyo “Dəniz Mall”da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü - Video/Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ronaldinyo “Dəniz Mall”da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü - Video/Fotolar

İdman

13 Noyabr 2024 18:13 1042


Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço "Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.

Oxu.Az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!