Ronaldo: Biz çox dəyişəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo: Biz çox dəyişəcəyik

İdman

30 İyun 2025 14:25 397


Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo geridə qalan mövsümün nəticələrindən danışıb.

Yenisabah.az xəbər verir ki, 40 yaşlı 2024/25 forvard mövsümünü "Əl-Nəsr" üçün uğursuz adlandırıb:

"Təbii ki, ötən mövsüm baş verənlərdən razı deyilik. Döyüş, qalibiyyət ruhunuz varsa, o zaman başa düşürsünüz ki, bu mövsüm görülən işlər kifayət deyil. Amma bu, artıq keçmişdə qalıb. Diqqətimizi indiki zamana yönəltməliyik. pizza mizza

Biz çox dəyişəcəyik. Mən layihəyə inanıram. Gəlin növbəti mövsümün bizim üçün ən yaxşısı olacağını düşünək. İnanıram ki, gözəl mövsüm keçirəcəyik".

Xatırladaq ki, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 2024/25 mövsümünü 3-cü pillədə başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!