Ruhani sabah Ermənistana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Ruhani sabah Ermənistana səfər edəcək

Rəsmi

29 Sentyabr 2019 13:59 1038


Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, H.Ruhani İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq.  Pepperoni pizza

Qeyd edək ki, 30 sentyabr - 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!