Rusiya ABŞ senatorlarının viza tələbini rədd edib

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ABŞ senatorlarının viza tələbini rədd edib

Dünya

28 Avqust 2019 14:53 1188


Rusiya ABŞ senatorları Ron Conson və Kris Mörfinin gələn həftə Moskvaya səfəri üçün viza tələbini rədd edib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə senatorların özü məlumat yayıb. Ron Conson Respublikaçılar, Kris Mörfi isə Demokratlar partiyasını təmsil edir. Hər iki senator Senatın Xarici Əlaqələr Komitəsinin üzvləridir. Onlar Rusiyaya sanksiyaları dəstəkləyiblər. 

“Amerikanın Səsi” xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı şərh verməyib. Lakin “Twitter”də Consonun viza üçün səfirliyə müraciət etmədiyini bildirib. Həmin tvitdə səfirlik həmçinin Consonu həm də “ rusofob” adlandırıb və onun Rusiya parlamentinin üzvləri ilə birbaşa dialoqu bərpa etmək istəyini lağa qoyub. Marqarita pizza

ABŞ qanunvericilərinin viza almamaları nadir rast gəlinən hal olsa da, Rusiya son illərdə bir neçə dəfə ABŞ qanunvericilərinə, xüsusilə də Moskvanın Ukraynaya təcavüzü və ABŞ seçkilərinə müdaxiləsi səbəbilə Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağıranlara viza veməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!