Rusiya dördgünlük iş həftəsinə keçir?-   Baş nazirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rusiya dördgünlük iş həftəsinə keçir?- Baş nazirdən açıqlama

Dünya

23 Avqust 2019 14:41 2148


Rusiyanın Baş naziri Dmitri Medvedev, Rusiya Sənayeçilər və Sahibkarlar Birliyinin (RSPP) rəhbəri Aleksandr Şoxin ilə görüşdə, ölkədə dördgünlük iş həftəsinin mümkün tətbiqi ilə bağlı müzakirələrin uzun müddətdir davam etdiyini və nazirliklərə bu məsələlərin üzərində işləməyi tapşırdığını bildirib.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə Medvedev belə bir keçidin gələcəkdə mümkün ola biləcəyini, amma bunun əmək məhsuldarlığının artması və əmək haqqının səviyyəsinin qorunması ilə birgəedilməsinin vacibliyini  qeyd edib.

Medvedev həmkarlar ittifaqları nümayəndələri ilə ünsiyyətdə mütləq bu mövzuya toxunacağını əlavə edib.   Sezar pizza

Qeyd edək ki, baş nazir bu cür imkanların sadəcə əmək qanunvericiliyi ilə təmin edilməli olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!