“Rusiya Ermənistana elə silah satır ki...” - Kalaşnikov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Ermənistana elə silah satır ki...” - Kalaşnikov

Rəsmi

05 Noyabr 2019 15:37 1605


“Rusiya Ermənistana elə silah-sursat satır ki, onlar əvvəllər heç kəsə verilməyib".

"Yeni Sabah" xəbər verir ki, İşğalçı ölkə mediasının yaydığı məlumata görə  bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Soydaşlarla Əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Odur ki, silah tədarükündə Rusiya tərəfindən incimək günahdır. Rusiya təkcə Azərbaycana deyil, müttəfiqlərinə və tərəfdaşlarına da silah satır. Ermənistan da müttəfiqlərinə aiddir və ona  daha çox satır, heç vaxt başqa ölkələrə satmayacağı silahları satır”- deyə Kalaşnikov İrəvanda jurnalistlərə bildirib.  pizza hut

Ermənistan baş nazirinin bu məsələ ilə bağlı narahatlığına dair bir suala cavab olaraq isə Kalaşnikov bəyan edib: 

"Əlbəttə, bu, narahat edir,  ən yeni silahları Ermənistana satmağımız Azərbaycanı da   narahat edir..."  /moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!