Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
“Bəzi fərdi müqavilələrdə, həqiqətən də, Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bu, Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan işçi məsələlərdir”, - deyə səfir vurğulayıb. Marqarita pizza
Kopırkinin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.
Səfirin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq çoxdankı ənənəyə malikdir. Bu, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair 25 iyun 2013-cü il tarixli sazişə əsaslanır.
Telegram kanalımız