Rusiya uçan avtomobil istehsal edəcək

saytların hazırlanması

Evə çatdırılma

Rusiya uçan avtomobil istehsal edəcək

Rəsmi

05 Oktyabr 2019 21:00 1303


Rusiyada uçan avtomobillərin istehsalına başlanacaq.

"Yeni Sabah" "AZƏRTAC"a istinadən xəbər verir ki, Novosibirskdəki S.A.Çaplıqin adına Aviasiya Elmi-Tədqiqat İnstitutu Perspektiv Tədqiqatlar Fondu ilə birlikdə uçan avtomobillərin istehsalı layihəsini həyata keçirir.

Rusiya Perspektiv Tədqiqatlar Fondunun məlumatına görə, belə avtomobillər ətrafında 15 metrədək hündürlüyündə manelər, məsələn alçaq evlər və ya ağaclar olan 50 metr uzunluğunda zolaqdan göyə qalxa və enə biləcək. Həmin avtomobillərin uçuş məsafəsi 1000 kilometr, maksimum sürəti isə saatda 300 kilometrdən çox olacaq. Uçan avtomobillər 500 kiloqramadək yük daşıya bilər. pizza hut

Layihə üzərində iş 5 il davam edəcək. Avtomobillərdən xilasetmə işlərində istifadə ediləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!