Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı

Rəsmi

19 Oktyabr 2019 21:00 907


Rusiyanın Krasnoyarsk diyarının Kuragino rayonunda qızıl mədənindəki bəndin uçması nəticəsində fəhlə yataqxanasında qalan 15 nəfər ölüb, 13 nəfər isə itkin düşüb.

"Yeni Sabah" "RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə RF Fövqəladə Hallar Nazirliyinə məxsus 6 helikopter, bir neçə kater, 300 nəfər canlı qüvvə cəlb edilib. Hazırda qəzanın nəticələri aradan qaldırılır, itkin düşənlərin axtarışı aparılır.

Qeyd edək ki, Krasnoyarsk diyarının Kuraqino rayonunda Seyba çayında quraşdırılan bənd ötən gecə, yerli vaxtla saat 02:00-da uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!