Rusiyada dəhşətli yol qəzası baş verib.
"Yeni Sabah" "RİA Novosti"yə istinadən xəbər verir ki, Altay diyarında "Fiat Ducato" markalı mikroavtobusla "Nissan" markalı avtomobilin toqquşması nəticəsində səkkiz nəfər ölüb, ölənlərdən biri uşaqdır. Ümumilikdə avtomobillərdə 15 nəfər olub.
Mikroavtobus "Sudaruşki" folklor qrupunun üzləri olub. Onlar festivala gedirmişlər. Folklor qrupunun çalışdığı Mədəniyyət evindən bildirilib ki, kollektivin ən azı iki üzvü qəzanın qurbanı olub. Dominos pizza
İstintaq komitəsi hadisənin başvermə şəraitini və səbəblərini araşdırır.
Qəzanın günahkarı və təfərrüatlar hələlik bəlli deyil.
Telegram kanalımız