Rusiyadan müharibəyə gözlənilməz müdaxilə

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan müharibəyə gözlənilməz müdaxilə

Dünya

09 Mart 2026 10:58 15257


Rusiya Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə BMT Təhlükəsizlik Şurasına təqdim olunmaq üçün yeni qətnamə layihəsi hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, layihədə bölgədə dərhal atəşkəsin təmin edilməsi və bütün tərəflərin hərbi əməliyyatları dayandırması təklif olunur.

Sənəddə qeyd edilib ki, münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün tərəflər gərginliyi artıracaq addımlardan çəkinməlidir. Marqarita pizza

Qətnamə layihəsində mülki şəxslərə və mülki infrastruktur obyektlərinə qarşı hücumlar qınanılır və onların qorunmasının vacibliyi vurğulanır.

Bundan əlavə, sənəddə bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun hərəkət etməsinin zəruri olduğu qeyd olunur.

Qətnamə layihəsinin yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Shamil
    Şərəfsizlər özlərinə umac ova bilmir başqasına əriştə kəsmək istəyir. İranla qurtaraınlar keçəcəklər sizə.
    2 months ago