Rza Rzayev vaxtından əvvəl azadlığa buraxıldı 

saytların hazırlanması

Evə çatdırılma

Rza Rzayev vaxtından əvvəl azadlığa buraxıldı 

Mədəniyyət

02 Avqust 2024 13:50 4890


Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb. 

Xəzər Rayon Məhkəməsi məhkumun müraciəti əsasında belə qərar qəbul edib. 

R. Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.  Marqarita pizza

Hakim İlham Cəfərzadə qərar qəbul edərkən məhkumun cəzasının yarısından çoxunu çəkdiyini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və digər halları nəzərə alıb. 

Qeyd edək ki, Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi. (Qafqazinfo) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!