Sabah Bakıya intensiv yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıya intensiv yağış yağacaq

Rəsmi

03 Noyabr 2019 09:38 1187


Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. 

“Yeni Sabah” xəbər verir ki, axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz  11-13°  isti təşkil edəcək.   Dominos pizza

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.   

Azərbaycanın rayonlarında  əsasən yağmursuz, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 4-9° isti, gündüz  14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!