“Sabah”dan 2000 manatlıq müsabiqə

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”dan 2000 manatlıq müsabiqə

İdman

20 İyun 2019 10:51 1244


“Sabah” klubu rəsmi maskotunun hazırlanması üçün müsabiqə elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Müsabiqə iyulun 30-dək keçərlidi və qalibə 2000 manat məbləğində pul mükafatı veriləcək. Toyuqlu pizza

Təklif edilən maskot bu xüsusiyyətlərə malik olmalıdı:

- “Sabah” klubunun dəyərlərini əks etdirməlidi;

- Klubun rəsmi rəngləri (göy, ağ) əks olunmalıdı;

- Daha öncə Azərbaycanda və xaricdə heç bir qurum tərəfindən istifadə olunmamalıdı;

- Göndərilmiş eskizdə maskotun adı, izahı və görünüşü tam əks olunmalıdı.

Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatları təklif etdikləri eskizlə birlikdə “elnur.hamidov@sabahfc.az” ünvanına “MASKOT” başlığı ilə göndərə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!