Sabiq Prezidentə qarşı cinayət işi açılıb

saytların hazırlanması

Evə çatdırılma

Sabiq Prezidentə qarşı cinayət işi açılıb

Dünya

21 Avqust 2019 11:37 1038


Kiyevin Solomonski rayon məhkəməsi Ukraynanın Milli Antikorrupsiya Bürosuna (NABU) keçmiş prezident Petro Poroşenko və Xarici işlər naziri Pavel Klimkinə qarşı cinayət işinin başlanmasına göstəriş verib.

“Yeni Sabah” Rusiya KİV-inə istinadən xəbər verir ki, adı çəkilməyən iddia müəllifinin Ukrayna vətəndaşı olduğu bildirilir. O, 15 İyul tarixində NABU-ya Klimkin və Poroşenkonun törədilmiş cinayət əməlləri barəsində ərizə verib. Büro vətəndaşın müraciətini rədd etsə də, məhkəməyə müraciət edən ukraynalı məqsədinə çatıb. Məhkəmə onun şikayətini təmin edib.

Xəbərdə bildirilib ki, sabiq Prezident və Xarici işlər naziri Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsində yer alan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ittiham olunub. pizza hut

Qeyd edək ki, hazırda Ukraynada keçmiş prezident və yüksək vəzifəli şəxslərə qarşı 11 cinayət işi araşdırılır. Onların əksəriyyətində keçmiş prezidentin adı şahid qismində keçir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!