Sabirabadda qəza, ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda qəza, ölən və yaralananlar var

Kriminal

05 May 2019 07:38 1032


Sabirbad rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Alayan-Şirvan yolunda,Xankeçən kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayon sakinləri: - 1984-cü il təvəllüdlü Fərzəliyev Saməddin İbrahim oğlu, 1964-cü il Əhmədova Xatirə Aslan qızı və 1968-ci il təvəllüdlü Əhmədova Sevda Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib. Digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Report.az
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!