Şahin Mustafayev Aleksey Overçukla bu məsələdə razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev Aleksey Overçukla bu məsələdə razılığa gəldi

Siyasət

02 Mart 2026 17:08 544


Martın 2-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Bakıda səfərdə olan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Rusiya və Azərbaycan arasında iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və gündəlikdə olan digər aktual məsələlər müzakirə edilib. pizza sifarişi

Tərəflər ticarət dövriyyəsinin davamlı artımını məmnunluqla qeyd ediblər. Orta və uzunmüddətli perspektivə hesablanmış birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi ayrıca nəzərdən keçirilib.

Görüşdə tərəflər cari ilin aprel ayında Azərbaycan Respublikasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!