Salam Sarvanın bacısı oğlu necə öldü? - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Salam Sarvanın bacısı oğlu necə öldü? - Təfərrüat

Kriminal

07 May 2019 09:03 1300


Şair Salam Sarvanın bacısı oğlunun ölümünün təfərrüatları məlum olub.

Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, AAAF Park yaşayış kompleksində yaşayan, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qəmbərov özünü yaşadığı binadan atıb.

M.Qəmbərovun ətrafında aparılan araşdırmalar zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşib. Məlum olub ki, M.Qəmbərovun şəriki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. O ifadəsində satış məqsədi üçün əldə etdikləri narkotik vasitələri şəriki M.Qəmbərovla birgə yaşadıqları evdə saxladığını bildirib. pizza hut

Dərhal əməliyyat qrupu həmin şəxslərin yaşadığı evə gedib. Evdə tək olan M.Qəmbərov polisin gəldiyini görüb və qaçmaq niyyəti ilə özünü eyvandan atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

M.Qəmbərovun yaşadığı evdən xeyli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.  

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Qəmbərov şair Salam Sarvanın bacısı oğludur.

ONA.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!