Salatı maksimum nə qədər saxlamaq olar? - Açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Salatı maksimum nə qədər saxlamaq olar? - Açıqlandı

Sağlamlıq

01 Yanvar 2024 10:27 2195


Yeni ilin ertəsi günü salatları yemək sağlamlığınız üçün təhlükəli ola bilər.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı həkim-qastroenteroloq, diyetoloq İnna Zaikina deyib.

“Bilməlisiniz ki, belə qidalar tez xarab olur. Belə ki, saxlama müddəti az olan məhsullar bir-biri ilə qarışır, yağlı toksinlər istehsal edən mikroorqanizmlərin çoxalması üçün zəmin yaradır”, - deyə diyetoloq vurğulayıb. Toyuqlu pizza

Mütəxəssis bildirib ki, salatların inqrediyentləri bayram süfrəsi açılan gün hazırlanmalı və onlar mütləq soyuducuda saxlanılmalıdır.

“Bu halda hazırlanan salatın ayrı-ayrı komponentlərinin təhlükəsizliyinə 18 saat zəmanət verilir. Lakin artıq hazırlanmış salatın saxlama müddəti, soyuducuda saxlansa belə, 12 saata qədər azalır”, - diyetoloq İnna Zaikina bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!