Salyanda yol qəzasında ölənlərin sayı 3 nəfərə çatdı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Salyanda yol qəzasında ölənlərin sayı 3 nəfərə çatdı - Yenilənib

Hadisə

21 Dekabr 2019 20:21 1116


Salyan rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, yol qəzası zamanı ağır bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Hacıyev Ələsgər Aqil olğu həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, axşam saatlarında rayonun Noxudlu kəndi ərazisində baş verən ağır yol qəzası zamanı bir ailənin 2 üzvü ölüb, 3 nəfəri isə xəsarət alıb. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.   

***

Salyanda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisində qeydə alınıb.

Həmin ərazidə baş verən yol qəzasında bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Z.Məmmədova və T. Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!