Sarımsağın möcüzəvi faydaları - Bu xəstəliklərə çarədir

saytların hazırlanması

Evə çatdırılma

Sarımsağın möcüzəvi faydaları - Bu xəstəliklərə çarədir

Sağlamlıq

10 Fevral 2024 13:27 3666


Sarımsaq, dünyanın ən qədim bitkilərindən biri olaraq, kəskin qoxusu və unikal dadı ilə tanınır. 

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, sarımsaq bağırsaqları təmizləyir və şəkər xəstəliyindən xərçəngə qədər sağlamlığa faydalı təsir göstərir. Yeməklərin əvəzolunmazı olan sarımsaq xalq arasında təbii antibiotik kimi də tanınır.

A, B1 və C vitaminləri ilə zəngin olan sarımsaq, antioksidan quruluşu sayəsində qan şəkərini, xolesterini və təzyiqi tənzimləmək, immuniteti gücləndirmək, qaraciyəri qorumaq, bakteriya, göbələk və parazitləri uzaqlaşdırmaq kimi faydalara malikdir. Sezar pizza

Təbii antibiotik olan sarımsağın faydaları aşağıdakılardır:

Sarımsaq manqan, vitamin B6 və C, həmçinin selen və lif mənbəyidir.

İmmuniteti gücləndirərək xəstəliklərdən qoruyur

Xolesterol səviyyəsini aşağı salmağa kömək edir

Qan təzyiqini aşağı salır və ürək xəstəlikləri riskini azaldır

Alzheimer və demans kimi xəstəliklərin qarşısını alır

Sümük sağlamlığını yaxşılaşdıra bilər

Allicin sərbəst radikallardan qoruyur

Qan təzyiqini aşağı salan təsirə malikdir

Məşqlə əlaqəli əzələ zədələrini azaldır

Təbii antibiotikdir

Sidik kisəsi infeksiyalarına qarşı təsirlidir

Xərçəng müalicəsində istifadə olunur

Sarımsaq xərçəng riskini azaldır

Qaraciyəri qoruyur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!