“Səbail“ və “Neftçi“nin rəqibləri bilindi

saytların hazırlanması

Evə çatdırılma

“Səbail“ və “Neftçi“nin rəqibləri bilindi

İdman

19 İyun 2019 14:25 1214


"Səbail" və "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Yeni Sabah"ın məlumatına görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv I mərhələdə Rumıniyanın "Krayova" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnes, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş səfərdə olacaq.  

Flaqman isə I mərhələdə Moldovanın "Sperantsa" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə Rusiyanın "Arsenal" (Tula) komandası ilə üz-üzə gələcək. Dominos pizza

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11 - 18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul - 1 avqustda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!