Səhərdən yağan yağış sakinlərə çətinlik yaşatdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Səhərdən yağan yağış sakinlərə çətinlik yaşatdı - Video

Sosial

21 Oktyabr 2024 21:42 706


Oktyabrın 21-i səhər saatlarından paytaxtda yağan aramsız yağış bir sıra fəsadlara səbəb olub.

Belə ki, paytaxtın bəzi küçə və prospektləri suyun altında qalıb, buna görə də, axşama doğru tıxac problemi yaranıb.

Hazırda paytaxtın fərqli istiqamətlərində küçə və prospektlərdə güclü tıxac müşahidə olunur. Avtomobillər demək olar ki, hərəkət edə bilmir. Sezar pizza

"Həmişə tez gedirdik, indi isə güclü tıxac var. Bir saatdan artıqdır ki, buradayıq. Əvvəl bu yolu 10 dəqiqəyə gedirdik", - deyə narazı sürücülərdən biri bildirib. Tıxac səbəbindən avtobusların hərəkətində də çətinliklər yaşanıb. "Dayanacaqlarda millət doludur, avtobus yoxdur. Piyada gəlmişəm. Burada da avtobus zolağı çəkilsə idi, yaxşı olardı", - paytaxt sakini deyib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!