Şəhid əsgərimizin nəşi neytral zonadan götürülüb

saytların hazırlanması

Evə çatdırılma

Şəhid əsgərimizin nəşi neytral zonadan götürülüb

Rəsmi

24 Sentyabr 2019 06:59 2205


Cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi neytral zonadan götürülüb.

Bu haqda “Yeni Sabah”a rayondakı mənbələr məlumat verib. Xəbərə görə şəhidimizin nəşi Qırmızı Xaç Komitəsinin iştirakı ilə götürülüb.

Qeyd edək ki, R. Abdulrəhimov sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə ermənilər tərəfindən vurulub. pizza mizza

Erməni ordusunun rəsmiləri Raminin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olması haqda iddia irəli sürüb. Onun cəbhə xəttində təxribat törətməsi haqda məlumat yayıblar. 

Azərbaycan Müdafiə Nazirliyi isə bu iddiaları təkzib edib və Abdulrəhmanov Ramin Şövkət oğlunun yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı neytral zonaya keçdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!