Səhiyyə naziri ölkədə epidemiya elanı verdi

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə naziri ölkədə epidemiya elanı verdi

Sağlamlıq

25 Aprel 2024 13:54 2893


Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla, 5 bölgədə “M pox” (mpox) xəstəliyinin aşkarlandıqdan sonra epidemiya elan edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə səhiyyə naziri Gilbert Mokoki məlumat yayıb.

İndiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan nazir ictimaiyyəti şübhəli xəstələrdən və heyvanlarla yaxın təmasdan yayınmağa çağırıb. Sezar pizza

Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan “M pox” iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.

Adətən, heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb olur.

2023-cü ildə Dünya Səhiyyə Təşkilatı stiqma və irqçiliklə bağlı narahatlıqları əsas gətirərək virusun adını "meymun çiçəyi" əvəzinə "M pox" adlandırıb.

Əsmətxanım

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!