Şəki sakinindən narkotik vasitə götürülüb

saytların hazırlanması

Evə çatdırılma

Şəki sakinindən narkotik vasitə götürülüb

Kriminal

04 May 2019 09:54 1249


Şəki sakininin evindən narkotik vasitə götürülüb.
DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları şəhər sakini Rövşən adlı şəxsin narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də onun satışı ilə məşğul olması barədə məlumat əldə ediblər.
Əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 43 yaşlı Şəki şəhər sakini Rövşən Vahidov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 300 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!