Şəkidə canavarlar üç nəfərə hücum edərək, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Hadisə bu gün səhər saatlarında rayonun Şorsu kəndində baş verib.
Kənd sakini Seymur İsayev övladını məktəbə apararkən kəndin ərazisində canavarın hucumuna məruz qalıb. Canavar Seymurun baş nahiyəsinə xəsarət yetirib. Toyuqlu pizza
Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib. Kənd sakini, 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar.
Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.
Ətraflı Baku TV-nin süjetində:
Telegram kanalımız