Rusiyanın Saratov vilayətində selfi çəkmək həvəsi gənc qızın həyatına son verə bilərdi.
"Yeni Sabah" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra xilasedicilər 17 yaşlı qızı liftin şaxtasından çıxarıblar. Məlumata görə, gənc qız selfi edərkən yıxılıb. Belə ki, o, rəfiqələri ilə birlikdə sosial şəbəkədə “bəyənilmək” üçün maraqlı yerdə selfi etmək qərarına gəlib. Bunun üçün onlar yarımçıq tikiliyə giriblər.
Qızlar beşinci mərtəbədə fotosessiya təşkil ediblər. Dostlarının dediyinə görə, yaxşı rakurs tutmağa çalışan qız diqqətsizlik nəticəsində liftin şaxtasına yıxılıb. Marqarita pizza
Ancaq xoşbəxtlikdən yıxıldığı yerin hündürlüyünə baxmayaraq, qız nəinki sağ qalıb, heç huşunu da itirməyib. Dostları dərhal həkim və xilasediciləri çağırıb.
İndi təcrübəsiz bloqer izləyicilərini xəstəxana palatasından olan fotoşəkilləri ilə əyləndirəcək.
Telegram kanalımız