Şəmsəddin Xanbabayev istefa verir? “O, ölkədə deyil” –   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Şəmsəddin Xanbabayev istefa verir? “O, ölkədə deyil” – Açıqlama

Rəsmi

24 Oktyabr 2019 12:00 5335


Prezidentin yaşlı məmurları istefaya çağırmasından sonra pensiya yaşı keçmiş vəzifəlilərin istefası davam edir.

“Yeni Sabah” xəbər verir ki, bu gün sosial şəbəkələrdə Azərbaycanın ən yaşlı icra başçısı – Xaçmaz rayonunun rəhbəri Şəmsəddin Xanbabayevin istefa verdiyi haqda məlumat yayılıb. Xəbərdə İH-də toplantı keçirildiyi, icra başçısının kollektivlə vidalaşdığı da qeyd olunur.

Məsələ ilə bağlı “Yeni Sabah” icra başçısının əlaqə telefonuna zəng edib. Zəngə cavab verən icra başçısının köməkçisi yayılan xəbərlərin doğru olmadığını qeyd edib: “Bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Ölkə rəhbərliyi nə məsləhət görsə, odur. Bu, bizim qarışacağımız iş deyil”. Dördpendirli pizza

İcra başçısının köməkçisi həmçinin Ş. Xanbabayevin ölkədə olmadığını qeyd edib: “Dağıstanda hərbi xadim, artilleriya general-leytenantı, Azərbaycanın rabitə naziri Hüseyn Rəsulbəyovun heykəlinin açılışıdır, Şəmsəddin müəllim də həmin mərasimdə iştirak edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!