Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

saytların hazırlanması

Evə çatdırılma

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

İdman

24 İyun 2019 07:55 1123


İtaliyanın Faenza şəhərində bir həftə davam edən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından “Yeni Sabah”a verilən məlumata görə, yunan-Roma güləşi üzrə millimizin ardınca sərbəst güləş yığmamız da qitə birinciliyini uğurlu nəticələrlə başa vurub. Belə ki, sərbəst güləşçilərimiz İtaliyada 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanıb. Bu nəticəylə millimiz 153 xal toplayaraq komanda hesabında Avropa ikincisi olub. Rusiya 190 xalla birinci, Gürcüstan isə 140 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamızın heyətində Sabir Cəfərov (60 kq) Avropa çempionu olub. Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) isə bürünc medal qazanıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!