Səyyar qeydiyyat aksiyası Kürdəxanıda

saytların hazırlanması

Evə çatdırılma

Səyyar qeydiyyat aksiyası Kürdəxanıda

Sosial

04 Mart 2019 17:53 744


Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi “Əmlakını qeydiyyata al və mülkiyyətə sahib ol”  sosial əhəmiyyətli aksiya bu həftə paytaxtın Kürdəxanı qəsəbəsində keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, kampaniyadan istifadə etmək istəyən vətəndaşlar 04-08 mart tarixlərində, saat 09:00-dan 17:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi 7 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı səyyar ofisə yaxınlaşa bilər.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran məsələlər eləcə də, xidmət haqqı və dövlət rüsumları barədə suallar mütəxəssislər tərəfindən cavablandırılır. Belə aksiyalar ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayının artmasına şərait yaradır, vətəndaşların mülkiyyət hüquqlarından daha geniş formada istifadəsini təmin edir. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!