Silahlı basqında ölən Rüfətin müsahibəsi: “Müharibəyə gedəcəyimi heç kimə deməmişdim”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Silahlı basqında ölən Rüfətin müsahibəsi: “Müharibəyə gedəcəyimi heç kimə deməmişdim” - VİDEO

Sosial

04 Mart 2023 20:50 2218


Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlunun 2021-ci ildə “İdman TV”yə verdiyi müsahibə yayılıb.

Ailənin yeganə oğlan övladı olan H.Rüfət Vətən müharibəsinin könüllü iştirakçısı olub. O, Füzuli istiqamətində gedən döyüşlərə qoşulub.

Məlum olub ki, H.Rüfət kikboks üzrə respublika mükafatçısı olub. Sezar pizza

Xatırladaq ki, R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!