Siqaret qaçaqmalçılığı ilə bağlı daha bir faktın üstü açıldı -   1 milyon 180 min ədəd

saytların hazırlanması

Evə çatdırılma

Siqaret qaçaqmalçılığı ilə bağlı daha bir faktın üstü açıldı - 1 milyon 180 min ədəd

Hadisə

28 Dekabr 2025 10:23 1974


Azərbaycana qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb.

Bu barədə “Yeni Sabah”a Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib. Sezar pizza

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!