Sirk aslanları qoruğa qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Sirk aslanları qoruğa qaytarıldı

Sosial

07 Mart 2019 20:35 847


124 ölkəyə xidmət təklif edən və dünyanın ən sürətlə inkişaf edən yükdaşıma şirkəti olan “Turkish Cargo” 4 aslanı Kiyevdən İstanbul üzərindən Cənubi Afrika Respublikasına (CAR), onların təbii yaşayış mühitinə nəql edib.

"Yeni Sabah" xəbər verir ki, şir balası Natan və 3 aslan bacıları Luka, Çarli və Kay Ukraynada təbii mühitindən uzaq, günəş görməyən və havasız 35 kv. metrlik beton və paslanmaz qəfəsdə yaşayaraq, sirk heyvanları kimi istifadə olunurdular. Şirlər heyvan hüquqları müdafiəçisi olan “World Lawrence Anthony” təşkilatı (LAEO) tərəfindən xilas edilib. “Türk Hava Yolları”nın qlobal yükdaşıma brendi olan “Turkish Cargo”nun sponsorluğu ilə aslanlar CAR-dakı qoruğa göndərilib.

Aslanlar xüsusi qida ehtiyacı ilə dizayn edilmiş xüsusi konteynerlərdə veterinarlar, LAEO-nun iki nümayəndəsi və IATA sertifikatlı “Tukish Cargo” personalının müşayiəti ilə nəql edilib. pizza hut

Təxminən 9 km məsafəni əhatə edən uçuşdan sonra aslanlar Afrikanın təbii yaşayış mühitinə malik və 14 min kv. metrlik Kraqqa Kamma Milli Parkında azad buraxılıb. Başlanğıcda sirk şəraitinə uyğunlaşdıqları üçün yeni yerlərinə alışmaqda çətinlik çəkən aslanlar bundan sonra yeni dostları ilə birlikdə təbiəti və azadlığı kəşf edəcəklər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!