“Siyavuş Novruzova deyin ki, deputat olmurlar, seçilirlər...”

saytların hazırlanması

Evə çatdırılma

“Siyavuş Novruzova deyin ki, deputat olmurlar, seçilirlər...”

Siyasət

30 Aprel 2019 03:33 1972


 “Biri hörmətli Siyavuş müəllimə desin ki, normalda deputat olmurlar, deputat seçilirlər. Oğlu yeni nəsil nümayəndəsidir, o yəqin ki, deputat olmaq yox, deputat seçilmək istəyir”.

“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Natiq Cəfərli millət vəkili Siyavuş Novruzovun “oğlum deputat olmaq istəyir” ifadəsinə cavabında deyib. 

N. Cəfərli fikrinə belə davam edib: “Br də onu deyin ki, deputat peşə, sənət deyil, seçkili təmsilçilikdir, əvvəl insan gərək oxusun, öyrənsin, özünə sənət, peşə qazansın, peşəkər olsun, ictimai rəydə önə çıxsın, cəmiyyətə dolğun, düzgün, düşündürücü mesajlar versin, sonra isə deputat seçkilərinə qatılıb cəmiyyət arasında topladığı nüfuzu səsə, dəstəyə çevirməyə çalışsın. Yəni dağdan düşüb deputat seçilmək mümkün deyil, amma deputat təyin edilmək, yəni olmaq mümkündür”. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!