SOCAR Suriyada bu işi üzərinə götürdü

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Suriyada bu işi üzərinə götürdü

İqtisadiyyat

05 Dekabr 2025 13:38 642


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq. pizza hut

Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!