Son dəqiqə: Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırlaşdı

Mədəniyyət

08 İyun 2021 10:51 3157


"COVID-19" diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O bildirib ki, atasının səhhətində zaman-zaman cüzi irəliləyiş olsa da, yenidən pisləşir:

"Vəziyyəti ağırdır. Həkimlər deyir ki, cüzi irəliləyiş olur, lakin qısa müddət sonra pisləşir, ağırlaşır. Bu səbəbdən yekun olaraq "yaxşılaşıb" deyə bilmirik. Hələ də reanimasiyadadır". pizza sifarişi

Qeyd edək ki, koronavirusa yoluxan R. Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun bir ayağındakı barmaqları amputasiya edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!