Soyuq allergiyası nədir? - Daha çox qadınlarda olur

saytların hazırlanması

Evə çatdırılma

Soyuq allergiyası nədir? - Daha çox qadınlarda olur

Sağlamlıq

20 Fevral 2024 15:19 4843


Şaxtalı-qarlı qışı, soyuq havanı sevənlər çox olsa da, onu sevməyənlər, hətta ondan narahat olanlar da var. Söhbət soyuğa qarşı allergiyası olanlardan gedir.

Yenisabah.az xəbər verir ki, qış aylarında xüsusilə dərinin açıq nahiyələrində müşahidə olunan soyuq allergiyası tədbir görülmədikdə bəzən nəfəs darlığına səbəb ola bilər. Buna görə də soyuq allergiyası olan şəxsin həkimə müraciət etməsi vacibdir.

Soyuq allergiyası, adətən, dərinin birbaşa soyuğa məruz qalan bölgələrində müşahidə olunur. Onun müalicəsinə laqeyd yanaşmaq olmaz, çünki bütün hallarda olmasa da, bəzi xəstələrdə nəfəs darlığı da daxil olmaqla, ciddi fəsadlar yaradır. Sezar pizza

Sakarya Universiteti Tibb Fakültəsi Dermatologiya şöbəsinin rəhbəri Bahar Sevimli, kişi və qadın fərqi olmadan, hər yaşda insanda görülməsi mümükün soyuq allergiyasının nədən qaynaqlandığını və necə müalicə edildiyini izah edib:

“Soyuq allergiyası soyuq su içdikdən sonra dodaqlarda, boğazda və ağızda qızartı, qaşınma və bəzən şişkinliklə davam edir. Daha şiddətli reaksiya bütün bədənə yayılır.

Xəstəyə antiallergik dərmanlar, yəni orqanizmdə allergik reaksiyaların əsas idarəçisi olan histamini bloklayan dərmanlar da verirlir. Xəstə uzun müddət küləkdə və ya soyuqda qalacaqsa, dərisini əlcək və şərf kimi paltarlarla izolyasiya etməsi tövsiyə olunur”.

Həkimin sözlərinə görə, bu allergiyaya qadınlarda daha çox rast gəlinir. Bəzi xəstələrdə soyuqdəymə allergiyası bir müddət sonra tamamilə yox ola bilər. Müalicə üçün 5 il vaxt tələb olunur. Xəstəliyin gedişatını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

“Allergik xəstəliklər qadınlarda daha çox olur. Bütün dünyada belədir. Ümumiyyətlə, qadın xəstələrin sayı kişilərə nisbətən iki-üç dəfə çoxdur. Bunun niyə belə olduğunu dəqiq bilmirik” – deyə həkim qeyd edib.

Həkim xəbərdarlıq edir ki, soyuqdəymə allergiyasının ciddi həddə çatmaması üçün hiss edilən kimi həkimə müraciət etmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!