Soyuq havaların əsas yeməyi xəngəl təhlükəlidir? – Dietoloqun tövsiyəsi

saytların hazırlanması

Evə çatdırılma

Soyuq havaların əsas yeməyi xəngəl təhlükəlidir? – Dietoloqun tövsiyəsi

Sağlamlıq

11 Dekabr 2023 12:15 4252


Azərbaycanda nəinki qış mövsümündə, hətta hava azca soyuduqda belə, insanlarımız xəmir yeməklərinə, adətən isə xəngələ üstünlük verirlər. Görəsən, ənənə halına çevirdiyimiz bu məsələ qışda insan orqanizminə necə təsir göstərir?

Yenisabah.az xəbər verir ki, dietoloq Leyla Zülfüqarlının fikrincə, soyuq havalarda xəmir yeməklərinin faydalı olacağını düşünənlər səhv rəydədir:

“Qış mövsümünün vazkeçilməz qidası olan əsasən sulu yeməklər, şorbalardır. Doğrudur, insanların əksəriyyəti qışda xəmir yeməklərinə üstünlük verirlər. Adətən, seçim xəngəl və digər bu tipli xörəklər, ya da xaş olur. Xaş D vitamini baxımından zəngin sayılır, bu cür havalarda yemək məsləhətdir. Ancaq xəmir xörəklərin fydası haqqında deyilənlər sadəcə mifdir. Şorba isə əksinə, vitaminlərlə zəngin yemək sayılır. Çünki onu hazırlayan zaman tərkibinə cürbəcür tərəvəzlər əlavə edə bilərik. Bu da özlüyündə çoxlu vitamin və zülal qəbulu deməkdir”. Pepperoni pizza

Dietoloq qeyd edib ki, qış aylarında bitki çayları içmək soyuğa qarşı ən effektiv mübarizə üsuludur:

“Qışda bitki çayları içmək çox vacibdir. Amma bunu alqoritmlə etmək daha məqsədəuyğundur. İnsanın belə havalarda isti maye qəbul etmə ehtiyacı yaranır. Bitki çaylarının ən yaxşısı yaprız və zəncəfil tərkibli olanlardır. Onlar iltihab əleyhinə güclü təsir göstərir”.

Mütəxəssis bildirib ki, sözügedən mövsümdə sink və D, C tərkibli qidalar ön planda olmalıdır.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!