Sumqayıt sakinindən narkotik götürülüb

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt sakinindən narkotik götürülüb

Kriminal

03 May 2019 16:12 948


Sumqayıt sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Asif İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb. Sezar pizza

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!