Sumqayıtda avtomobil aşdı: 5 nəfər xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda avtomobil aşdı: 5 nəfər xəsarət alıb

Hadisə

20 Dekabr 2019 12:08 1018


Bakı-Quba yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah"ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qarşısına çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olanlar - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. pizza hut

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!