Tahir Salahovla vida mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Tahir Salahovla vida mərasimi keçirilir

Mədəniyyət

24 May 2021 12:03 1390


Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.

Yenisabah.az xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər. pizza mizza

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!