Tanınmış iranlı kinorejissor həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış iranlı kinorejissor həbs olundu

Mədəniyyət

09 May 2024 10:07 3617


İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulofu 8 il həbs, cərimə və əmlakı müsadirə ilə cəzalandırıb.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki,  bu barədə onun vəkili məlumat yayıb.

Bu, Rəsulofun “Müqəddəs Əncirin Toxumu” (2024) filmi Kann Film Festivalı üçün seçildikdən sonra baş verib. pizza mizza

Vəkil bildirib ki, Rəsulof “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək” niyyəti ilə işlətdiyi ifadələr və filmlər çəkdiyi üçün həbs cəzasına məhkum edilib.

İranlı rejissor son cəzasını 2022-2023-cü illərdə çəkib və səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!