Tanınmış müğənni azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müğənni azadlığa buraxıldı

Hadisə

24 Dekabr 2025 12:10 2184


Tanınmış müğənni Samir Salam azadlığa buraxılıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, amnistiyaya düşüb və həbsdən azad edilib.

Xatırladaq ki, S.Salam 2023-cü ilin mart ayında həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda qanunsuz əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma) təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. pizza

Qeyd edək ki, S.Salam daha çox dini mahnılar səsləndirir. O, eyni zamanda ilahiyyatçı kimi fəaliyyət göstərir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!