Təbriz bombalandı: “Bəsic”in 13 əməkdaşı öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Təbriz bombalandı: “Bəsic”in 13 əməkdaşı öldürüldü

Dünya

20 Mart 2026 00:08 636


ABŞ və İsrailin İranın Təbriz şəhərinə (Qaraməlik bölgəsi – red.) hava hücumu nəticəsində "Bəsic"in 13 əməkdaşı öldürülüb, daha 18 nəfər yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Khabar Fouri" Şərqi Azərbaycanın vilayət rəhbərliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Təbrizə bundan əvvəlki hücum zamanı dronun "Bəsic"ə məxsus avtomobilə çırpılması nəticəsində təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub. Toyuqlu pizza

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!