Təbrizdə ekoloji problem: Çirkab suları əkin sahələrinə buraxılır

saytların hazırlanması

Evə çatdırılma

Təbrizdə ekoloji problem: Çirkab suları əkin sahələrinə buraxılır

Rəsmi

25 Dekabr 2023 20:15 1961


Təbrizin "Kolorpars" zavodunun çirkli və zəhərli tullantıları Basmınc bölgəsinin əkin sahələrinə buraxılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Bildirilib ki, bu, bölgə əhalisinə maddi ziyan vurmaqla yanaşı, sakinlərin həyatını da təhlükəyə salıb. Sezar pizza

Zəhərli tullantıların çaylara, yeraltı su qaynaqlarına nüfuz etdiyi, bölgədə bu günə kimi müşahidə olunmamış xəstəliklərin yayıldığı bildirilib.

Qeyd edilib ki, ətraf mühit fəalları və yerli sakinlərin ekoloji problemlə bağlı şikayət və müraciətləri nəticəsiz qalıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!