Təvəkkül Boysunarın yeni kitabı çap olundu

saytların hazırlanması

Evə çatdırılma

Təvəkkül Boysunarın yeni kitabı çap olundu

Mədəniyyət

26 Sentyabr 2024 08:33 4461


Təvəkkül Boysunarın yeni kitabı çap olunub.

"Yeni Sabah" xəbər verir ki, “Sonuncu aşiqlik” adlı bu kitabda yer alan mətnlərin əksəriyyəti əvvəllər heç bir mətbu orqanda dərc edilməmiş hekayələrdir.

Qeyd edək ki, müəllif 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi hekayə müsabiqəsində, 2023-cü ildə isə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsində I yerə layiq görülüb. O, eyni zamanda, bir sıra ingilisdilli müəlliflərin əsərlərini, eləcə də Şervud Andersonun “Vaynzburq, Ohayo” və Ernest Heminqueyin “Səyyar şənlik” kitablarını ana dilimizə tərcümə edib. pizza hut

“Sonuncu aşiqlik” müəllifin ikinci kitabıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!